Türkiyə kubokunda bu mövsümün finalının yeri və vaxtı məlum olub.

Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Oyun mayın 26-sı saat 20:45-də  İstanbul Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Xatırladaq ki, ölkə kubokunun yarımfinal mərhələsində “Trabzonspor” - “Kayserispor” və “Alanyaspor” - “Sivasspor” qarşılaşmaları baş tuatacaq.