Azərbaycanlı cüdoçumuz Məmmədəli Mehdiyev Bakıda keçirilən “Böyük dəbilqə” turnirində finala çıxıb.

Offsideplus.az xəbər verir ki, 90 kq çəkidə mübarizə aparan Məmmədəli ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) məğlub edib. O, qızıl medal uğrunda Kosuke Maşiyama ilə qarşılaşacaq.

 

100 kq-dakı Adil Kərimli bürünc medal uğrunda Onise Seneblidze ilə (Gürcüstan), 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri Sven Heynle (Almaniya) ilə güləşəcək.

Bu gün mübarizə aparan  6 cüdoçumuz isə medalsız qalıb.