Bu gün Qətərin paytaxtı Dohada klublararası dünya çempionatının final görüşü baş tutacaq.

Offsideplus.az xəbər verir ki, yarımfinal mərhələsini uğurla adlamış iki komanda -  "Bavariya" (Avropanın çempionu) ilə Tiqres (Şimali və Mərkəzi Amerika çempionu) üz-üzə gələcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 22.00-də çalınacaq. Koronavirusa yoluxduğu aşkarlanan Tomas Müllerin finalda forma geyinə bilməyəcəyini də nəzərinizə çatdıraq.

Qeyd edək ki, "Bavariya" qalib gələcəyi halda, bu, Münhen təmsilçisinin mövsümdə 3-cü, 2020-ci təqvim ili üzrə 6-cı kuboku olacaq.