Bir qədər sonra Klublararası Dünya Çempionatında yarımfinal görüşü keçiriləcək.

Offsideplus.az xəbər verir ki, Misirin "Əl Əhli" komandası Çempionlar Liqasının son qalibi "Bavariya" ilə üzləşəcək. Qalib komanda finala yüksələcək.

Qeyd edək ki, Qətərin "Əl Rəyyan" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.