"Topçular"ın hücumçusu sıradan çıxıb

Offsideplus.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Dani Uelbek əməliyyat olunub. Futbolçu Avroliqanın qrup mərhələsində “Sportinq”ə qarşı oyunda zədələnərək məcburi əvəzlənmişdi. Onun ayaq topuğunda qırıq olduğu və əməliyyat olunaraq bir neçə aydan sonra yaşıl meydanlara qayıdacağı bildirilib.

Bu isə o deməkdir ki, futbolçu “Arsenal”ın dekabrın 14-də Avroliqanın VI tur çərçivəsində “Qarabağ”ı qəbul edəcəyi matçda komandasına kömək edə bilməyəcək.