Avrokuboklarda 2-ci təsnifat mərhələsinin oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, qeydə alınan nəticələrdən sonra UEFA reytinqində bəzi dəyişiklər olub.

Azərbaycan 2 pillə irəliləyib. Ölkəmiz hazırda 23-cı sırada qərarlaşıb. Buna səbəb Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin “Dunayska Streda”nı 2:1 hesabı ilə məğlub etməsi olub. Hesabımıza 0,250 xalın yazılması, ölkəmizin Slovakiya və Rusiyanı qabaqlamasına səbəb olub.

Hazırda ölkəmizin aktivində 18,375 əmsal var.

Qeyd edək ki, cari mövsümün qazancı 1,625-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 0,750, “Qarabağ” 0,500, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.