Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışını təşkil edəcək.

Offsideplus.az xəbər verir ki, 6-7 may tarixində ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən “Prezident kuboku” reaqatasının ilk günü Tərtər rayonunun Suqovuşan qəsəbəsində baş tutacaq.