Məşhur futbolçu Braziliya millisinin və “Pari Sen Jermen” klubunun üzvü Neymar tərəfindən təqdim edilən “Red Bul Neymar Jr’s Five” futbol turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq.

Offsideplus.az xəbər verir ki, hər bir futbol həvəskarının asanlıqla iştirak edəcəyi bu tədbir yenidən həyəcan dolu anlar və inanılmaz hekayələr vəd edir.

Beləliklə seçim mərhələləri 23-24 aprel və 30 aprel tarixlərində Bakıda keçiriləcək. Azərbaycan üzrə qalibin məlum olacaq milli final mərhələsi Bakıda 1 mayda baş tutacaq.

Red Bul Neymar Jr’s Five futbol turnirində iştirak etmək istəyənlər onlayn qeydiyyat mərhələsindən keçməlidir. İştirakçı yerlər məhdud olduğundan qeydiyyata tələsməyi xahiş olunur.

Xatırladaq ki, Red Bul Neymar Jr’s Five –dünyanın hər bir tərəfindən futbol həvəskarlarını birləşdirən “beşin beşə” qlobal futbol turniridir. İldən ilə ölkələrin sayı genişlənir və turnirin coğrafiyası artır. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60-dan çox ölkədə seçim mərhələləri təşkil olunacaq. Bu yarışlarda öz ölkələrində milli finalın qalibi olacaq komandalar əsas dünya finalında iştirak hüququ qazanacaq.

Yarışda yeddi nəfərdən ibarət olan komandalar iştirak edə bilər, oyunçular 18-35 yaş arası olmalıdırlar.

Reqlamentə əsasən turnirdə hər oyun 10 dəqiqə davam edir. Rəqibin qapılarına hər vurulan qol, rəqibin komandadan bir oyunçunu meydandan uzaqlaşdırır. Oyun, komandalardan birinin son oyunçusunun meydandan uzaqlaşdırılmasına və ya matçın vaxtı bitənə qədər davam edir. Oyunun sonunda oyunçu sayı daha çox olan komanda qalib gəlir.

Qeydiyyat: www.redbullneymarjrsfive.com

Layihənin tərəfdaşları: Misli.az
Meydança – AFFA, Sportster

d377c07a a007 4b99 a930 966369885749

0d23a994 80a0 42bb a6cf ec7f70d277b9