"Araz-Naxçıvan" baş məşqçisi ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, klubdaxili iclas zamanı komandanın Çempionlar Liqasında çıxışı qənaətbəxş hesab olunmayıb.
Bu səbəbdən Vitali Borisovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Baş məşqçi vəzifəsinin müvəqqəti icrası Predraq Rayiçə tapşırılıb. Borisov Azərbaycan millisinin çalışdırıcısı kimi işinə davam edəcək.
Qeyd edək ki, Vitali Borisov və Predraq Rayiç 2023-cü ilin iyulundan yığmamızda və "Araz-Naxçıvan"da çalışırdı.