"Fənərbağça" milli komandaya oyunçu göndərməyəcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərdlilər" basketbol üzrə Türkiyə yığmasında kollektivlərindən heç kimin iştirak etməyəcəyini açıqlayıb:
"Kişilərdən ibarət milli komandanın baş məşqçisinin 24 sentyabr 2024-cü il tarixində oyunundan sonra tribunadan ictimaiyyətə münasibəti hər kəsə məlumdur. Bu şəxsin xarakteri, üslubu ilə missiyası aydındır və milyonlarla tamaşaçı qarşısında elədikləri "millinin baş məşqçisi" adına ziddiyyət təşkil edir. Komanda hamımızındır. Bunun bir parçası olan hər kəs vəziyyətin fərqində olaraq davranmalıdır. Bu hərəkət camiamıza, baş məşqçi adının nüfuzuna, hətta ölkəmizə qarşı edilən böyük hörmətsizlikdir. Onun üzr açıqlamasını yox kimi sayırıq.
"Fənərbağça" klubu olaraq "hörmət və tərəfsizlik" kimi əsas keyfiyyətləri tələb edən vəzifədə, həddini aşan bu şəxsin olduğu müddətcə kişilərdən ibarət milli komandamıza oyunçu göndərməməyi qərara aldığımızı ictimaiyyətə bildiririk".