"Şəki" klubu heyətini ABŞ-dən olan daha bir basketbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi 24 yaşlı hücumçu Karl Consu transfer edib.

2.08 metr boya malik oyunçu son olaraq Avrobasket Yay Liqasında "Los Anceles"də çıxış edib. İdmançı bu ilin mayında Nevada Universitetinin məzunu olub. 

Qeyd edək ki, "Şəki" daha əvvəl Azərbaycan millisinin üzvü Ərcan Donat və amerikalı Kris Bartonla anlaşıb.