Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Fərid Cəlalov Avropa çempionatının təsnifat mərhələsi üçün komandaya 14 oyunçu cəlb edib.

Yığmamız artıq bu gün Avstriyaya yollanıb. B qrupunda yer alan komandamız ilk matçını avqustun 17-də bu ölkənin komandasına qarşı keçirəcək. Təsnifat mərhələsindəki növbəti oyunumuz isə avqustun 24-də Bakıda Belçika yığmasına qarşı olacaq.

Yığmamızın heyəti

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou, Vüsal Rüstəmov

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov