“Xəzri” komandasının basketbolçusu Yusuf Muhammed “Şəki” ilə qarşılama ilə bağlı danışıb.

Offsideplus.az xəbər verir ki, legioner basketbolçu 94:85 hesablı qələbənin qazanıldığı oyunda öz çıxışından razı qalıb.

Muhammed yerli və əcnəbilərdən ibarət yaxşı komanda qurulduğunu bildirib: “NTD-İNDİQO ilə oyundan sonra seriyanı davam etdirmək istəyirdik. Rəqib də sonuncu pillədə olduğu üçün matça sanki ac kimi çıxmışdılar. Bu oyunda qalib gəlməyi istəyirdilər. Amma biz qələbə qazandıq. Öz oyunuma gəldikdə, performansıma görə çox xoşbəxtəm. Çox yaxşı komandayıq. Komandaya gəldiyim gündən də hiss edirəm ki, daha da güclənirik. Hər oyunda savaşaraq daha yaxşı olmağa çalışırıq. Çox yaxşı yerli və əcnəbi oyunçularımız var. Buna görə də rahat oynaya bilirik.

Qeyd edək ki, Yusuf “Xəzri”yə yeni qoşulub. O, komandada 2-ci oyununu keçirib.