Azərbaycanlı hakim Xəyalə Əzizzadə UEFA-dan təyinat alıb. 

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA referi köməkçisi 19 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunlarında iştirak edəcək. X.Əzizzadə AÇ-da yan xətt hakimi funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, Avropa çempionatı iyunun 18-dən 30-dək İsveçrədə keçiriləcək.