Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Monteneqroda ilk məşqinə çıxıb.

Offsideplus.az xəbər verir ki, Podqoritsada “Verde” İdman Kompleksində baş tutan hazırlıq arenaya uyğunlaşmağa planlaşdırılıb.

F qrupunda mübarizə aparan yığmamız ikinci dövrədə ilk matçını ev sahiblərinə qarşı keçirəcək. 

Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si - 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AÇ-2021-ə vəsiqə qazanacaq.

AÇ-2021-in təsnifat mərhələsi
F qrupu
2-ci dövrə

4-cü tur, 14 may
Gürcüstan – Yunanıstan
Monteneqro - Azərbaycan