Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir milli liqaların bərpa müddətini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, qrum rəhbəri bu gün keçirilən toplantıdan sonra mövsümün davam edəcəyini söyləyib.

Özdemir Super Liqa, birinci və ikinci liqanın iyunun 12, 13 və 14-də start götürəcəyini bildirib. Mövsümü iyulun sonunda tamamlanması planlaşdırılır.

Qarşılaşmaların azarkeşsiz keçirilib-keçirilməyəcəyinə isə Səhiyyə Nazirliyi ilə aparılacaq müzakirələrdən sonra bəlli olacağını vurğulayıb.