Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb. 

Offsideplus.az xəbər verir ki, o, noyabrın 22-də baş tutacaq Braziliya – Oman görüşünü idarə edəcək.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 14-dək olacaq.