Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib.

Offsideplus.az-ın məlumatına görə, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Xorvatiya ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdə keçirilən qarşılaşma yığmanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Xorvatiya bir, Azərbaycan isə iki xal qazanıb. 

Azərbaycan - Xorvatiya 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15)

***

Bu gün qadın voleybolçular arasında Avropa çempionatı start götürür.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı C qrupunun oyunları Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq. Covanni Kapraranın rəhbərlik etdiyi yığma ilk matçını bu gün Xorvatiya kollektivinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-a təyin olunub.

İtaliyalı mütəxəssis yarış ərzində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Mariya Kirilyuk, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyevadan ibarət “12-lik”dən yararlanacaq.

Xorvatiya ilə yanaşı, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alan yığma tarixinin 8-ci Avropa çempionatında iştirak edəcək. Milli indiyədək qitə birinciliyində mükafatçılar sırasına düşməsə də, 2 dəfə buna yaxın olub. Komanda debüt etdiyi 2005-ci ildə və ev sahibi olduğu son çempionatda yarımfinala qədər irəliləsə də, 4-cü yerlə kifayətlənib.

Qeyd edək ki, qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Milli 31-ci dəfə təşkil olunacaq yarışda bunu bacarsa, A qrupunun komandaları ilə qarşılaşacaq. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

 

Qrup mərhələsi
23-29 avqust

 

A qrupu (Türkiyə, Ankara): Fransa, Bolqarıstan, Serbiya, Finlandiya, Türkiyə, Yunanıstan

B qrupu (Polşa, Lodz): Belçika, Ukrayna, İtaliya, Portuqaliya, Polşa, Sloveniya

C qrupu (Macarıstan, Budapeşt): Azərbaycan, Xorvatiya, Hollandiya, Rumıniya, Macarıstan, Estoniya

D qrupu (Slovakiya, Bratislava): İsveçrə, Almaniya, Belarus, Rusiya, Slovakiya, İspaniya

 

C qrupu
23 avqust

17:00. Xorvatiya - Azərbaycan

19:30. Hollandiya - Rumıniya

22:30. Macarıstan - Estoniya

 

24 avqust

20:00. Estoniya - Xorvatiya

22:30. Rumıniya - Macarıstan

 

25 avqust

17:30. Azərbaycan - Hollandiya

20:00. Estoniya - Rumıniya

 

26 avqust

20:00. Hollandiya - Xorvatiya

22:30. Macarıstan - Azərbaycan

 

27 avqust

20:00. Hollandiya - Estoniya

22:30. Rumıniya - Xorvatiya

 

28 avqust

17:30. Azərbaycan - Estoniya

20:00. Xorvatiya - Macarıstan

 

29 avqust

17:30. Rumıniya - Azərbaycan

20:00. Macarıstan - Hollandiya