Braziliya yığmasının baş məşqçisi Tite dünya çempionatına yollanacaq heyətin böyük hissəsini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o, 23 nəfərdən 15-ni artıq müəyyənləşdirdiyini söyləyib.

Tite yalnız 8 boş yerin qaldığını vurğulayıb. Yayda Rusiyada təşkil ediləcək mundialda PSJ-nin 4, “Real Madrid”, “Barselona” və “Mançester Siti”nin 2, “Roma”, “İnter”, “Beyçzin Qoyan”, “Çelsi” və “Liverpul”un isə 1 oyunçusunun iştirak edəcəyi artıq dəqiqdir.

Qapıçı: Alisson (“Roma”)

Müdafiəçilər: Dani Alveş, Markinyoş, Tiaqo Silva (hamısı PSJ), Miranda (“İnter”), Marselo (“Real Madrid”)

Yarımmüdafiəçilər: Kasemiro (“Real Madrid”), Renato Auqusto (“Beyçzin Qoyan”), Paulinyo, Koutinyo (hər ikisi “Barselona”), Villian (“Çelsi”), Fernandinyo (“Mançester Siti”)

Hücumçular: Neymar (PSJ), Qabriel Jezuş (“Mançester Siti”), Firmino (“Liverpul”)

Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Kosta-Rika, Serbiya və İsveçrə ilə bir qrupda yer alacaq.