Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev Fransanın paytaxtı Parisdə başa çatan Premyer Liqa turnirində ikinci yeri tutub.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı idmançı yaponiyalı Ken Nişimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib.

Yeni qaydalara əsasən, medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran Azərbaycan idmançıları dünya reytinqində xallarını artırıblar. “Kiçik dünya çempionatı” adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübaizə aparıb.

Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə 7 yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turnir 16 - 18 fevralda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. Yanvarın 30-da Bakıya dönəcək Azərbaycan karateçiləri bu yarşa hazırlıqlarını davam etdirəcəklər.