Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu- Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub.

Offsideplus.az xəbər verir ki, 81 kq-da çıxış edən Zelim Tçkayev yarışa Botond Tot (Macarıstan) üzərində qələbə ilə başlayıb. O, ardınca Adrian Sultsa (Rumıniya) və Dmitri Qoçilaidzeni (Gürcüstan) də məğlub edərək finala yüksəlib. Tçkayev həlledici görüşdə Zaur Dvalaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Azərbaycan cüdoçusu qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.