Azərbaycan güləşçilərinin Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının finalındakı rəqibləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, Eldəniz Əzizli (55 kq) finalda gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşacaq.

Rafiq Hüseynov (77) həlledici görüşdə İran idmançısı Əlirza Mohmadipiani ilə üz-üzə gələcək.

Bu gün finalda ermənistanlı güləşçi üzərində inaml qələbə qazanan (5:0) Sənan Süleymanov (77) isə finalda qırğısıztanlı Akjol Mahmudovla güləşəcək.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.