Polşada keçirilən III Avropa Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki,bu gün qılıncoynatmanın şpaqa kişilər və sablya qadınlarda komanda yarışlarına start verilib.

Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət şpaqa üzrə kişilərdən ibarət millimiz ən güclü 1/8 finalda Estoniya yığması ilə qarşılaşıblar. 

41:43 hesabı ilə məğlub olan millimiz Avropa Oyunlarında mübarizəni dayandırıb.