Polşada keçirilən III Avropa Oyunları davam edir. 

Offsideplus.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən Azərbaycan karateçisi İrina Zaretska yarımfinala yüksəlib.

İdmançımız əvvəlcə ukraynalı Qalina Melnikə (5:0), daha sonra isə Ermənistan idmançısı Anita Makyana (8:0) qalib gələrək adını yarımfinala yazdırıb. O, son görüşünü ispaniyalı İzabel Nyetoya qarşı keçirəcək.

54 kq çəki dərəcəsində mübarizə apara taekvondoçumuz Səyyad Dadaşov isə 1/8 final mərhələsində almaniyalı Xalid Abdel Halimlə üz-üzə gəlib və qalib gəlib. 

 Dadaşov 1/4 finala yüksəlib.