Bu gün Avstriyanın Linz şəhərində Qran-pri turnirinin püşkatma mərasimi baş tutub.

Offsideplus.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 8 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.

Kişilər
-60 kq.

Nazir Talıbov - Younes Saddiki (Mərakeş)
Əhməd Yusifov - Dilan Munro (Böyük Britaniya)

-66 kq.
Kamran Süleymanov - Cason Patrik Zakko (Mərkəzi Afrika Respublikası)

-73 kq.
Rəşid Məmmədəliyev - Daniel Seqado Fernandez (İspaniya)
Nurlan Osmanov - Telmo Qomes (Portuqaliya)

-81 kq.
Zelim Tçkayev - Dominik Ressel (Almaniya) / Leon Tsçilikin (Avstriya) görüşünün qalibi

-90 kq.
Murad Fətiyev - Daniel Nieto Trinidad (İspaniya)
Elcan Hacıyev - Karel Foubert (Belçika)

Qadınlar

-48 kq.
Leyla Əliyeva - Marusa Stanqar (Sloveniya)
Şəfəq Həmidova - Şəfəq Həmidova (Serbiya)

-52 kq.
Gültac Məmmədəliyeva - Karina Klaus-Sternvieser (Avstriya) / Erza Muminoviq (Kosova) görüşünün qalibi

-57 kq.
Fidan Əlizadə - Mariya Ruiz Muro (İspaniya)