Mayın 6-sı Göygöldə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk gününə start verilir.

Offsideplus.az xəbər verir ki, turnirin ilk günü qızların yarışında -40 kq., -44 kq., 48 kq. və -52 kq. çəki dərəcəsində oğlanların yarışında isə -50 kq., -55 kq., 60 kq. və -66 kq. çəki dərəcələrində qaliblər bəlli olacaq.

Qeyd edək ki, 2 gün ərzində 18 ölkədən 268 cüdoçu tatamiyə çıxaraq medallar uğrunda mübarizə aparacaq.

Yarışı canlı olaraq https://judotv.com saytında izləyə bilərsiniz.