Azərbaycan Milli Paralimpiya Komitəsində kişilərdən və qadınlardan ibarət para-cüdo üzrə milli komandanın məşqçiləri ilə görüş keçirilib. 

Offsideplus.az federasiyanın feysbuk səhifəsinə istinadən xəbər verir ki, daha sonra dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandasının adları açıqlanıb.

Qeyd edək ki, dünya çempionatı öncəsi Beynəlxalq Paralimpiya Komitəsinin həkimlərinin iştirakı ilə göz tibbi təsnifatı keçiriləcək. Azərbaycan Milli Komandasının 17 nəfər idmançısı da (Əhmədov Aydın, Mustafayev Bayram, Şirinli Vüqar, Əliyev Amil, Rəhimli Hüseyn, Qəniyev Xəyal, Mislimov Zakir, Ağayev Kamil, Şabiyev Taleh, İsmayilzadə Əlican, Abdullaxanlı Kənan, İsmayılov Abdulla, Hacıyeva Şəhanə, İbrahimova Əsma, Seydova Vəfa, Abdullayeva Səbinə, Hüseynova Xanım) tibbi təsnifatda iştirak edəcəklər. Göz tibbi təsnifatından uğurla keçmiş idmançılar yarışa qatılacaqlar.

Kişilərdən ibarət para-cüdo üzrə milli komandanın üzvləri:

1. Muradov İsmayıl -60 kq J1
2. Əhmədov Aydın -60 kq J2
3. Mustafayev Bayram -60 kq J2
4. Şirinli Vüqar -60 kq J2
5. Əliyev Amil -73 kq J1
6. Abaslı Namiq -73 kq J2
7. Rəhimli Hüseyn -73 kq J2
8. Qəniyev Xəyal -90 kq J1
9. Mislimov Zakir -90 kq J1
10. Ağayev Kamil -90 kq J2
11. Şabiyev Taleh -90 kq J2
12. Zəkiyev İlham +90 kq J1
13. İsmayılzadə Əlican +90 kq J2
14. Abdullaxanlı Kənan +90 kq J2
15. İsmayılov Abdulla +90 kq J2


Qadınlardan ibarət para-cüdo üzrə milli komandanın üzvləri:


1. Hacıyeva Şəhanə -48 kq J2
2. İbrahimova Əsma -48 kq J2
3. Seydova Vəfa -57 kq J1
4. Abdullayeva Səbinə -57 kq J2
5. Hüseynova Xanım -70 kq J2
6. İsmiyeva Xatirə +70 kq J1
7. Kərimova Dürsədəf +70 kq J2