Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdoçusu Elmar Qasımov finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Mərt Şişmanları məğlub edib.

Qasımov qızıl medal uğrunda Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevlə görüşəcək.

Qeyd edək ki, digər cüdoçularımız 81 kq-dakı Zelim Tçkayev qırğızıstanlı Əsəd Masabirova qalib gələrək yarımfinala adlayıb. 100-dan yuxarı çəki dərəcəsindəki İmran Yusifov isə bürünc medal uğrunda görüşə çıxacaq.