Hindistanın Çennai şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) konqresi keçirilir.

Offsideplus.az xəbər verir ki, ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələr üçün seçkilərə start verilib.

Namizədlərin çıxışlarından sonra FİDE prezidentliyinə seçkilər keçirilib. Ən çox səs toplayan FİDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə seçkidə qələbə qazanıb və növbəti 4 il müddətinə sözügedən qurumun rəhbəri kimi işini davam etdirəcək.

Hindistanlı dünya çempionu Vişvanatan Anand, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Norveç Şahmat Federasiyasının prezidenti Joran Aulin-Jansson növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.