Avstriyanın Qras şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib.

Offsideplus.az xəbər verir ki, 73 kq çəki dərəcəsində cüdoçularımızdan Vüsal Qələndərzadə finala qədər irəliləyib.

O, finalda yaponiyalı cüdoçu Ryuqa Tanaka ilə qarşılaşıb. Rəqibinə uduzan idmançımız yarışı gümüş medalla başa vurub.