Qadın karateçimiz İrina Zaretska Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni erkən dayandırıb.

Offsideplus.az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən 26 yaşlı ikiqat dünya və Avropa çempionumuz 1/8 final mərhələsində Alizi Agierə (Fransa) 1:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Kişilərin 84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı isə ilk görüşündə Georgios Tzanosa (Yunanıstan) qalib gəlib. Ancaq o, növbəti mərhələdə Rizvan Talıbova (Ukrayna) uduzb.

Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur.