12-14 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində kişi və qadınlar arasında idman və döyüş sambosu üzrə dünya çempionatı baş tutacaq.

Offsideplus.az xəbər verir ki, “Özbəkistan” idman kompleksində keçiriləcək yarışda Azərbaycan 5 idmançı ilə təmsil ediləcək.

Baş məşqçi Vahid Tarverdiyevin rəhbərliyi altında Eyvaz Baxşıyev (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Kamran Əsgərov (71 kq), Abdulla Abdullayev (79 kq) və Ceyhun Hüseynov (88 kq) medallar uğrunda yarışacaq.