Karateçilərimiz Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında mübarizəyə qoşulub.

Offsideplus.az xəbər verir ki, kata yarışlarında idmançımız Həsənəli Həsənov finala yüksəlib. Kumite yarışlarında isə İnci Əzizova (50 kq), Əminağa Quliyev (60 kq) və Osman Osmanlı (+84 kq) həlledici görüşə vəsiqə qazanıb.

Kata yarışlarında Ceyhun İsmayılov, kumitedə Mədinə Sadıqova (55 kq), Alika Semihova, Zəhra Allahverdiyeva (hər ikisi 68 kq), Sultan Hüseynov (60 kq), Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Abbas Dadaşov, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq) bürünc medal qarşılaşmasına çıxacaqlar.

Görüşlər sentyabrın 11-də keçiriləcək.