Azərbaycanın daha iki sərbəst güləşçisi I MDB Oyunlarında medallar qazanıb.

Offsideplus.az xəbər verir ki, Sabir Cəfərov (65 kq) və Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 2 gümüş və 11 bürünc medal var.