Ölkəmizi Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında təmsil edən qadın güləşçilərdən ikisi medal qazanıb.

Offsideplus.az xəbər verir ki, Şahanə Nəzərova (50 kq) gümüş medal, Tatyana Voronsova (53 kq) isə bürünc medala yiyələnib.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 3 qızıl, 2 gümüş və 8 bürünc medal var.