Azərbaycanın 4 yunan-Roma güləşçisi I MDB Oyunlarında finala yüksəlib.

Offsideplus.az-ın məlumatına görə, Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq), Qurban Qurbanov (72 kq) və Sərxan Məmmədov (130 kq) ən azı gümüş medalı özləri üçün təmin ediblər.

60 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli, 77-kq-da yarışan Elcan Məmmədov  87 kq-dakı Laçın Əliyev yarımfinalda uduzub. Onlar bürünc medal uğrunda görüşlərə qatılacaq.

Ümidəli Musayev (63 kq) isə qrup mərhələsindəki hər iki görüşündə məğlubiyyətlə üzləşib.

55 kq
B qrupu
1-ci görüş: Nihad Quluzadə - Qurban Konaliyev (Rusiya) 8:0
2-ci görüş: Nihad Quluzadə - Asomiddin Həsənov (Özbəkistan) 8:0
Yarımfinal: Nihad Quluzadə - İsxar Kurbayev (Qazaxıstan) 5:1
Final: Nihad Quluzadə - Qurban Konaliyev (Rusiya)

60 kq
B qrupu
1-ci görüş: Nihat Məmmədli - Dmitri Bonko (Belarus) 9:0
2-ci görüş: Nihat Məmmədli - Aslamcan Əzizov (Tacikistan) 6:7
Yarımfinal: Nihat Məmmədli - Dinislam Bammatov (Rusiya) 0:6
Bürünc medal görüşü: Nihat Məmmədli - Nurməhəmməd Abdullayev (Qırğızıstan)

63 kq
B qrupu
1-ci görüş: Ümidəli Musayev - Andrey Kovalevski (Belarus) 2:8
2-ci görüş: Ümidəli Musayev - Aftandil Talaybekulu (Qırğızıstan) 4:12

67 kq
A qrupu
1-ci görüş: Həsrət Cəfərov - İlyas Yandarov (Rusiya) 2:1
2-ci görüş: Həsrət Cəfərov - Madiyar Maulitkanov (Qazaxıstan) 9:0
Yarımfinal: Həsrət Cəfərov - Doniyerxon Nakibov (Özbəkistan) 10:1
Final: Həsrət Cəfərov - Qoşqar Məhəmməd (Qazaxıstan)

72 kq
B qrupu
1-ci görüş: Qurban Qurbanov - Dmitri Adamov (Rusiya) 6:3
2-ci görüş: Qurban Qurbanov - Pavel Qlinçuk (Belarus) 6:9
Yarımfinal: Qurban Qurbanov - Abdiazim Karabayev (Qazaxıstan) 6:0
Final: Qurban Qurbanov - Dmitri Adamov (Rusiya)

77 kq
B qrupu
1-ci görüş: Elcan Məmmədov - Dmitri Bonko (Belarus) 9:1
2-ci görüş: Elcan Məmmədov - Rəsul Junis (Qazaxıstan) 5:4
Yarımfinal: Elcan Məmmədov - Muradcan Alimcanov (Özbəkistan) 7:15
Bürünc medal görüşü: Elcan Məmmədov - Rəsul Junis (Qazaxıstan)

87 kq
A qrupu
1-ci görüş: Laçın Vəliyev - Aleksandr Savitski (Belarus) 8:0
2-ci görüş: Laçın Vəliyev - Məqsəd Saylau (Qazaxıstan) 1:12
Yarımfinal: Laçın Vəliyev - Məhəmməd Yevloyev (Rusiya) 1:10
Bürünc medal görüşü: Laçın Vəliyev - Şəhriyar Juraboyev (Özbəkistan)

130 kq
A qrupu
1-ci görüş: Sərxan Məmmədov - Nikita Kovalski (Belarus) 7:5
2-ci görüş: Sərxan Məmmədov - Asker Qubjev (Rusiya) 10:5
Yarımfinal: Sərxan Məmmədov - Asılbek Janibekulı (Qazaxıstan) 5:1
Final: Sərxan Məmmədov - Nikita Kovalski (Belarus)

 

 

***09:46

Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında bu gün Azərbaycanın yunan-Roma güləşçiləri və qadın boksçular mübarizəyə qoşulacaqlar.

Offsideplus.az-ın məlumatına görə, pəhləvanlar 8 çəki dərəcəsində 1/4 final mərhələsindən çıxış etməyə başlayacaqlar. Onların arasında bayraqdar Həsrət Cəfərov da olacaq. 67 kq çəkidə yer alan Cəfərov bir müddət öncə Rusiyanın Ufa şəhərində keçirilmiş dünya çempionatının finalında Ermənistan təmsilçisinə qalib gələrək, qızıl medal qazanıb.

Yunan-Roma güləşçiləri cəmi bir gün mübarizə aparacaqlar. Ona görə də ilk medalların elə bu gün qazanılacağı ehtimalı böyükdür.

Xanım əlcək ustaları isə mübarizəyə yarımfinaldan qoşulacaqlar. Onlar çəki dərələrindən 3-də çıxış edəcəklər.

I MDB Oyunları

3 sentyabr

Boks

Keçirilmə yeri: "Boks və Stolüstü Tennis Mərkəzi"

1/2 mərhələ
13:00 - 21:00
48 kq İsmayılova Aysu – Adisheva Anita (Qazaxıstan)
57 kq İsgəndər Qızbəs – Muratbaeva Rano (Özbəkistan)
63 kq Rzayeva Emili – Galnykina Kristina (Rusiya)

Yunan-Roma güləşi

Keçirilmə yeri: "Ak Bars" Döyüş növləri Mərkəzi

11:30 - 15:00
1/4 final

55 kq. Quluzadə Nihat
60 kq. Məmmədli Nihat
63 kq. Musayev Ümidəli
67 kq. Cəfərov Həsrət
72 kq. Qurbanov Qurban
77 kq. Məmmədov Elcan
87 kq. Vəliyev Laçın
130 kq. Məmmədov Sərxan

11:30-15:00. 1/2 final

16:00 - 19:30. Təsəlliverici mərhələ

16:00-19:30. Final.