Azərbaycanlı MMA döyüşçüsü Elnar İbrahimov NFC fight-da (Naiza Fighting Championship) Ermənistan təmsilçisi Varşan Gevorqyanla üzləşib.

Offsideplus.az xəbər verir ki, 61 kq-da mübarizə aparan idmançımız erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb.

Elnar İbrahimov sonda qələbəsini İkinci Qarabağ müharibəsi şəhidlərinə və qazilərinə həsr etdiyini açıqlayıb.

Həmin görüntüləri təqdim edirik: