Cüdo üzrə dünya çempionatının keçirildiyi Macarıstanın paytaxtı Budapeşt şəhərində səfərdə olan Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer arasında görüş keçirilib.

Offsideplus.az xəbər verir verir ki, görüşdə R.Abdullayev Marius Vizeri növbəti 4 il müddətinə dünya cüdo təşkilatının rəhbəri seçilməsi münasibətilə təbrik edib.

Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan R.Abdullayev ölkə idmançılarının Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söz açıb.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

147989 copy