Daha bir paracüdoçumuz Bakıda keçirilən beynəlxalq Qran-Pridə qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, qadınların yarışında Sevda Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 57 kq-dakı idmançı finalda Parvina Səməndərovadan (Özbəkistan) güclü olub. Bu çəkidə çıxış edən digər Azərbaycan paracüdoçusu Afaq Sultanova isə bürünc medal əldə edib. O, türkiyəli Zeynep Çelik üzərində qələbə qazanaraq, 3-cü yeri tutub.

52 kq çəki dərəcəsində mübarizə aparan Bəsti Səfərova isə 3-cü yer uğrunda görüşdə komanda yoldaşı Səbinə Abullayevaya qalib gələrək, bürünc medala sahib çıxıb.

Kişilərin mübarizəsində isə Vüqar Şirinli (60 kq) gürcüstanlı Zurab Zurabianini məğlub edərək, bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan paracüdoçuları yarışın ilk gününü 6 medalla başa vurublar.

Günün digər nəticələri ilə bu linkdən tanış ola bilərsiniz.