Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanmış Azərbaycan karateçisi Rafael Ağayev açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı qələbəni dünyasını dəyişmiş anasına həsr edəcəyini deyib: "Ötən il zədədən qurtulmaq üçün əməliyyat olundum. Bu, artıq 4-cü diz əməliyyatım idi. İnsanlar məni anlamaya bilər. Amma finala vəsiqə qazandığım üçün xoşbəxtəm. Qalib gəlsəm, qələbəmi anama həsr edəcəyəm. Əminəm ki, final zamanı anam məni cənnətdən izləyəcək".

Ağayev karyerası haqqında bunları söyləyib: "İnsanlar qocaldığımı söyləyə bilər. Hər kəsə hörmət edirəm və bu fikirlərdən incimirəm. Mənim üçün vacib olan öz düşüncələrimdir. Karate mənim həyatımdır. Həyatımı bu idmana həsr etmişəm".

Qeyd edək ki, Rafael Ağayev bu gün finalda Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gələcək.