Taekvondo üzrə Azərbaycan yığması Bolqarısatana yollanıb.

Offsideplus.az xəbər verir ki, millimiz paytaxt Sofiya şəhərində təşkil olunan Yay Olimpiya Oyunlarna lisenziya xarakteli Avropa təsnifat turnirinə üç idmançı ilə qatılacaq. 

Kişilər arasında 80 kq yuxarı çəki dərəcəsində Radik İsayev, qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) lisenziya uğrunda mübarizə aparacaq. 

Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi millinin iştirak edəcəyi yarışlar 7-8 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Sofiya şəhərinə yollanıb.