Millimiz Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Offsideplus.az xəbər verir ki, qılıncoynadanımız Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, İspaniyanın Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalında Almaniya sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gəlməklə buna nail olub.

Bu, Azərbaycanın ümumilikdə 20-ci olimpiya lisenziyası olub.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.