Polşanın paytaxtı Varşavada bu gün Azərbaycanın 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.

İdmançımız qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb.