Bu gün Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirinə yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, yarışın son günündə 3 azərbaycanlı idmançı mübarizəyə qoşulacaq. Əvvəlcə 100 kq-da çıxış edən cüdoçulardan Zelim Kotsoyev 1/8 finalda Sirill Mare (Fransa), Elmar Qasımov İsaak Bezzina (Malta) ilə üz-üzə gələcək. 100 kq-dan yuxarı çəki dərəcəsindəki Uşanqi Kokauri isə 1/8 finalda Daniel Allerstorfer (Avstriya) / Əli Ömər (Livan) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirində 13 cüdoçu ilə təmsil olunur. Onlardan Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.