Cüdoçumuz Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Rusiyanı təmsil edən Konstantin Simeonidislə üz-üzə gəlməli idi.

Rəqib zədə səbəbindən tatamiyə çıxmayıb və idmançımız bu səbəbdən qalib elan olunub.