Yunan-Roma güləşçimiz Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Ermənistan təmsilçisi Gevorq Qaribyanla qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, son Avropa çempionu ilə qarşılaşma 60 kq çəki dərəcəsində 1/4 final görüşünə təsadüf edib.

Birinci hissəni 5:0 hesablı üstünlüklə başa vuran güləşçimiz ikinci hissədə rəqibinə cəmi 1 xal verib. Beləliklə, Məmmədov 5:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.