2021-ci ilin noyabrındakı dünya çempionatı Rusiyada keçirilməyəcək.

Buna Ümumdünya Kikboksinq Təşkilatı Assosiasiyası (WAKO) qərar verib. 

Offsideplus.az xəbər verir ki, bu qərar Ümumdünya Antidopinq Agentliyinin (WADA) qaldırdığı iddiadan sonra qəbul edilib. İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci il dekabrın 17-də qaldırılan məsələyə baxaraq qəti fikrini bildirib. 

Beldə WADA Rusiya Antidopinq Agentliyini Ümumdünya Antidopinq Kodeksinə uyğun statusundan məhrum edib. CAS-ın son qərarına görə 2022-ci ilin sonuna qədər Olimpiya Oyunlarında və dünya çempionatlarında Rusiyanın himni eşidilməyəcək, bayrağı görünməyəcək. Bu isə o deməkdir ki, Rusiya dünya çempionatlarına evsahibliyi də edə bilməz.

Qeyd edək ki, dünya çempionatınln 5 - 14 noyabrda keçirilməsi nəzərdə tutulub. Yeni məkan martda müəyyənləşdiriləcək.