Qətərin paytaxtı Dohada start götürən "World Masters” turnirinin ilk günü Azərbaycan cüdoçuları üçün uğursuz alınıb.

Offsideplus.az xəbər verir ki, mübarizə qoşulan 4 idmançının hamısı məğlub olub.

66 kq çəkidə yarışam Nicat Şıxəlizadə 1/16 finalda moldovalı Denis Vieruya, Orxan Səfərov isə israilli Barux Şmailova uduzub.

Qadınların yarışında mübarizəyə 1/16 finaldan başlayan Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Qurbanlı Türkiyə təmsilçisi Gülkədər Şəntürkü, Əliyeva isə Misir idmançısı Əzizə Çakırı üstələyib.

Lakin növbəti mərhələdə uduzan qadın cüdoçular mbarizəni dayandırıblar. Əliyeva ispaniyalı Xuliya Figeroa, Qurbanlı yaponiyalı Funa Tonaki ilə dueldən məğlub ayrılıb.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 7 idmançı ilə təmsil olunur. "World Masters” ə yanvarın 13-də yekun vurulacaq. Həmin gün Zelim Kotsoyev, Elmar Qasımov və İrina Kindzerska çıxış edəcək.

 

***

Bu gün Qətərin paytaxtı Dohada start götürəcək "World Masters” turnirində Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulacaq.

Offsideplus.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən son Avropa çempionu Orxan Səfərov 1/16 finalda israilli Barux Şmailovla üz-üzə gələcək.

Eyni çəkidəki Nicat Şıxəlizadə Denis Vierunun (Moldova) müqavimətini qırmağa çalışacaq.

Qadın güləşçilərdən 48 kq-dakı Aişə Qurbanlı türkiyəli Gülkədər Şəntürklə, Leyla Əliyeva isə Misir təmsilçisi Əzizə Çakırla qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 7 idmançı ilə təmsil olunur. "World Masters” ə yanvarın 13-də yekun vurulacaq. Həmin gün Zelim Kotsoyev, Elmar Qasımov İrina Kindzerska çıxış edəcək.