"Ataman" ləqəbli Rafael Fiziyev Mütləq Döyüş Çempionatında Renato Moikanoya qalib gəldikdən sonra mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, Qırğızıstanı təmsil edən Azərbaycan əsilli döyüşçü mətbuat konfransına milli papaqla çıxıb. Jurnalistin verdiyi "Başınızdakı geyimin hekayəsi nədir?" sözlərinə Fiziyev belə cavab verib:
"Bu, Azərbaycana məxsus papaqdır. Bu, mənim ənənəm, milliyətimdir. Bu, mənim tariximdir, ailəmin tarixidir..."
Həmin görüntüləri təqdim edirik: