Qrığızıstanı təmsil edən Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) tam üstünlüklə qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, UFC 256 turnirində çıxış edən Fiziyev braziliyalı qarışıq döyüş ustası Renato Moikano ilə qarşılaşıb. Rəqibini nakautla məğlub edən Fiziyev üçün bu, ardıcıl 3-cü qələbədir.

Həmyerlimizin Moikanonu nakautla yerə sərdiyi anların görüntülərini təqdim edirik: